📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

5 milyon dollarlıq butulka: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO

2026-07-15 17:44:00

5 milyon dollarlıq butulka: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO

Türkiyənin Yalova şəhərində jandarm qruplarının keçirdiyi əməliyyat zamanı qramı qızıldan qat-qat bahalı olan əqrəb zəhəri ələ keçirilib.

Bu barədə Oxu.Az "Haber Global"a istinadən xəbər verir.

Məlumata görə, Yalova Vilayət Jandarm Komandanlığının qrupları qaçaqmalçılıqla mübarizə tədbirləri çərçivəsində saxladıqları avtomobilə baxış zamanı plastik butulkada saxlanılan təxminən 500 qram şübhəli maddə aşkar edib. Laboratoriya analizi nəticəsində maddənin əqrəb zəhəri olduğu təsdiqlənib. Zəhərin suriyaəsilli İ.A. və A.A. tərəfindən qeyri-qanuni yollarla Türkiyəyə gətirildiyi və alıcı axtarıldığı müəyyən edilib.

Təxminən 500 qram əqrəb zəhərinin bazar dəyərinin 5 milyon dollar olduğu müəyyən edilib.

Qeyri-qanuni yollarla Türkiyəyə gətirilən 5 milyon dollarlıq butulka: İçindən qızıldan bahalı maddə tapıldı - FOTO

Kosmetika, dərman və elmi araşdırmalarda məhdud sahələrdə istifadə oluna bilən və bu səbəbdən də qeyri-qanuni bazarda yüksək qiymətə satıldığı məlum olan əqrəb zəhəri müsadirə edilib.

Hadisə ilə bağlı iki şübhəli barəsində Qaçaqmalçılıqla Mübarizə Qanunu çərçivəsində məhkəmə və inzibati proseslərə başlanılıb.