53 yaşlı kişini cərəyan vurub öldürdü
2026-07-16 18:08:27
Şabranda kişini elektrik cərəyanı vuraraq öldürüb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Düzbilici kəndində baş verib.
53 yaşlı Arif Camayev yaşadığı evin yaxınlığında artezian quyusunda quraşdırılmış su mühərrikini təmir edərkən onu elektrik cərəyanı vurub. Kişi hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.