📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

89 polis gecə boyu onu axtarıb - Görün haradan TAPILDI

2026-07-09 14:33:28

89 polis gecə boyu onu axtarıb - Görün haradan TAPILDI

Türkiyənin Şırnak vilayətində "Snapchat"da paylaşdığı vida videosundan sonra itkin düşən 14 yaşlı yeniyetmə gecə boyu aparılan genişmiqyaslı axtarış əməliyyatı nəticəsində sağ tapılıb.

Hurriyyet.info  xəbər verir ki, yeniyetmə yoxa çıxmazdan əvvəl "Snapchat" hesabında paylaşdığı videoda "Bildiyiniz kimi, mən artıq burada olmayacağam. Bir neçə saatdan sonra birdəfəlik yox olacağam. Bu, mənim son şəklim olacaq" sözlərini işlədib.

Ailəsinin müraciətindən sonra Şırnak Vilayət Polis İdarəsi dərhal axtarış əməliyyatına başlayıb. Vilayət Polis Rəisi Volkan Sazakın koordinasiya etdiyi əməliyyata 20 qrup və piyada patrulları da daxil olmaqla ümumilikdə 89 polis əməkdaşı cəlb edilib.

Polis əməkdaşları gecə boyu tərk edilmiş binaları, parkları, boş əraziləri və digər şübhəli məkanları yoxlayıb. Eyni zamanda şəhərin giriş və çıxışları da nəzarətə götürülüb.

Saatlarla davam edən axtarışlardan sonra yeniyetmə səhər saat 06:00 radələrində Gündoğdu məhəlləsində yerləşən boş tikinti sahəsində sağ vəziyyətdə tapılıb.

İlkin tibbi müayinəyə əsasən, yeniyetmənin sağlamlıq vəziyyətinin yaxşı olduğu və hər hansı xəsarət almadığı müəyyən edilib. Daha sonra o, ailəsinə təhvil verilib.