📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır

2026-07-13 23:11:19

ABŞ Beynəlxalq Cinayət Məhkəməsinə qarşı geniş kampaniyaya başlayır

ABŞ administrasiyası Beynəlxalq Cinayət Məhkəməsi (BCM) əleyhinə genişmiqyaslı kampaniyaya başladığını açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumata görə, kampaniyanın məqsədi Vaşinqtonun fikrincə, BCM-dən qaynaqlanan ABŞ suverenliyinə təhdidi neytrallaşdırmaqdır.

Bildirilib ki, tədbirlər çərçivəsində məhkəmə əməkdaşlarının ABŞ vizalarının ləğvi, onların ölkəyə girişinə qadağa qoyulması, həmçinin BCM və onunla əlaqəli qurumlara qarşı sanksiyaların genişləndirilməsi planlaşdırılır.

Bununla yanaşı, ABŞ digər dövlətləri də BCM ilə əməkdaşlıqdan çəkindirməyə çalışacağını bəyan edib.