📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-də anomal istilər - Çoxsaylı ölümlər qeydə alınıb

2026-07-05 10:36:00

ABŞ-də anomal istilər - Çoxsaylı ölümlər qeydə alınıb

ABŞ-nin bir sıra regionlarında rekord istilər 25 nəfərin ölümünə səbəb olub.

"Report" xəbər verir ki, bu barədə ştat rəsmilərinə istinadən "NBC News" məlumat yayıb.

Qeyd olunub ki, ən çox ölüm halı Nyu-Cersi ştatında qeydə alınıb - 22 nəfər.

"Ölənlər, əsasən, 30-80 yaş arası insanlardır. Ölüm halları 10 dairədə, əsasən, ştatın mərkəzi və şimal hissələrində qeydə alınıb", - ştatın Səhiyyə Departamentinin nümayəndəsi Daliya Evais bildirib.

"Daha bir nəfər İllinoysda, iki nəfər isə Missisipidə ölüb", - telekanal dəqiqləşdirib. Onların bir çoxu kondisionersiz evlərdə, bəziləri isə küçədə və ya park edilmiş avtomobillərdə tapılıb.

Anormal istilər iyulun 4-də Vaşinqtonda Müstəqillik Gününün qeyd olunmasına da təsir edib. Milli xiyabandakı şənliklərin bəzi iştirakçılarına tibbi yardım tələb olunub.