📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın bombardmanından sonra İranda qanlı statistika: Ölənlərin sayı açıqlandı

2026-07-18 18:20:58

ABŞ-ın bombardmanından sonra İranda qanlı statistika: Ölənlərin sayı açıqlandı

ABŞ ordusunun İrana endirdiyi hava zərbələri nəticəsində yaranan kütləvi tələfatın rəsmi miqyası açıqlanıb.

Hurriyyet.info xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hüseyn Kermanpur bombardmanlar nəticəsində həlak olanların və yaralananların dəqiq sayını ictimaiyyətə təqdim edib. Nazirlik rəsmisinin bəyanatına görə, hava hücumları nəticəsində 50 nəfər həyatını itirib, 500-dən çox insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Kermanpur qeyd edib ki, həlak olanlar arasında 5 qadın və 2 azyaşlı uşaq var.

Səhiyyə Nazirliyinin rəsmisi onu da əlavə edib ki, yaralanan mülki şəxslərdən 32-si qadın, 18-i isə uşaq və yeniyetmələrdir. Bölgədə xəstəxanalara yerləşdirilən çoxsaylı yaralıların müalicəsi davam etdirilir.