📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-ın İrana qarşı əməliyyat xərcləri 85 milyard dolları ötüb

2026-05-19 10:11:00

ABŞ-ın İrana qarşı əməliyyat xərcləri 85 milyard dolları ötüb

ABŞ-ın İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlara çəkilən xərcləri 85 milyard dolları keçib.

Bu barədə “Iran War Cost Tracker” portalı məlumat yayıb.

Məlumata əsasən, əməliyyat başlayandan indiyədək 79 gün keçib və bu müddət ərzində ABŞ Prezidenti Donald Tramp administrasiyası 85 milyard dollardan çox vəsait xərcləyib.

Portalın hesablamalarına görə, məbləğə hərbi personalın saxlanılması, bölgəyə göndərilən hərbi gəmilər və digər əlaqəli əməliyyat xərcləri daxildir. /Apa