📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB

2026-07-17 10:21:30

ABŞ İrana növbəti zərbələr dalğasının başa çatdığını bildirib - YENİLƏNİB

Amerika hərbçiləri İrana daha bir zərbə dalğasını başa çatdırıb.

"Report"un məlumatına görə, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində bildirib.

"Bu gün Şərq vaxtı ilə saat 21:40-da (Bakı vaxtı ilə saat 05:40 - red.) ABŞ Mərkəzi Komandanlığı İrana sonuncu böyük zərbə dalğasını tamamlayıb. ABŞ Silahlı Qüvvələri sahil müşahidə və hava hücumundan müdafiə qurğuları, hərbi logistika infrastrukturu və dəniz qüvvələri də daxil olmaqla İranın onlarla hərbi obyektinə zərbələr endirdi", - paylaşımda bildirilir.

Əməliyyatda qırıcı təyyarələr, dronlar, hərbi gəmilər və yüksək dəqiqlikli sursatlardan istifadə edilib.

ABŞ Silahlı Qüvvələri İrana qarşı ikinci zərbələr dalğasına başlayıb.

"Report"un məlumatına görə, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) "X" sosial şəbəkəsində bildirib.

"Bu gün Şərq vaxtı ilə saat 14:00-da (Bakı vaxtı ilə saat 22:00 - red.) ABŞ Silahlı Qüvvələri ardıcıl beşinci gecə İrana yeni zərbələr dalğasına başlayıb", - paylaşımda bildirilir.

Məqsəd İranın hərbi potensialını daha da zəiflətməkdir.

Daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib ki, İran ABŞ ilə danışıqları davam etdirir.