📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ-nin neft ehtiyatları son 20 ilin minimumuna endi - İranla müharibəyə görə

2026-06-04 16:14:33

ABŞ-nin neft ehtiyatları son 20 ilin minimumuna endi - İranla müharibəyə görə

İranla müharibə fonunda ABŞ-nin neft ehtiyatları son iyirmi ilin ən aşağı səviyyəsinə enib.

Bu barədə "Financial Times" nəşri məlumat yayıb.

Məlumata görə, ABŞ lideri Donald Tramp administrasiyası enerji qiymətlərində kəskin artımın qarşısını almaq məqsədilə strateji və kommersiya ehtiyatlarından istifadəyə üstünlük verir. Eyni zamanda, Yaxın Şərqdən neft tədarükünün azalması digər ixracatçılar üçün əlavə imkanlar yaradıb.

ABŞ hökumətinin açıqladığı son məlumatlara əsasən, xam neft və neft məhsulları da daxil olmaqla ümumi ehtiyatlar ötən həftə 10,6 milyon barel azalaraq 1,57 milyard barelə düşüb. Bu göstərici 2004-cü ildən bəri qeydə alınan ən aşağı səviyyə hesab olunur.

"Financial Times" qeyd edir ki, bazarlardakı vəziyyət enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.