📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ Təbrizi vurdu - Ölənlər və yaralananlar var

2026-07-20 12:41:17

ABŞ Təbrizi vurdu - Ölənlər və yaralananlar var

Bu gün səhər saatlarında ABŞ-nin Təbrizin cənub-qərbində yerləşən hərbi əraziyə endirdiyi zərbələr nəticəsində bir nəfər ölüb, bir neçə nəfər isə yaralanıb.

Bildirilib ki, hücum yerli vaxtla saat 02:35 radələrində baş verib və şəhərin cənub-qərb hissəsindən ardıcıl partlayış səsləri eşidilib.

Hadisə nəticəsində indiyədək bir nəfərin həlak olduğu, bir neçə nəfərin isə yaralandığı təsdiqlənib.

Məlumata görə, hadisədən dərhal sonra xilasetmə və hərbi qüvvələr əraziyə cəlb olunub. Hücumun nəticələri və dəymiş ziyanın miqyası ilə bağlı araşdırmalar davam edir.