📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ və İran müharibənin dayandırılması üzrə razılaşmaya yaxınlaşmayıb - İsmayıl Bəqai

2026-05-23 10:06:50

ABŞ və İran müharibənin dayandırılması üzrə razılaşmaya yaxınlaşmayıb - İsmayıl Bəqai

İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı aparılan danışıqlarda hələlik razılaşmaya yaxınlaşmaq mümkün olmayıb.

"Tasnim"in məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

“Əminliklə deyə bilmərik ki, razılaşmanın yaxın olduğu mərhələyə çatmışıq”, – deyə o vurğulayıb.

Bəqai qeyd edib ki, danışıqlarda əsas diqqət müharibənin dayandırılmasına yönəlib.

O, Pakistan ordusunun komandanı Asim Munirin Tehrana səfərini də “diplomatik prosesin davamı” adlandırıb.