📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ABŞ və Kuba arasında görünməmiş gərginlik: 30 illik qisas əməliyyatı

2026-05-20 11:17:02

ABŞ və Kuba arasında görünməmiş gərginlik: 30 illik qisas əməliyyatı

Dünya siyasətində ABŞ və Kuba münasibətlərini tamamilə qopma nöqtəsinə gətirəcək tarixi və sensasion bir hadisə yaşanmaqdadır. Rəsmi Vaşinqton uzun illərdən sonra Kubanın keçmiş rəhbərliyinə qarşı ən ağır hüquqi addımı atmağa qərar verib.

Hurriyyet.info xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi artıq bu gün Kubanın keçmiş lideri Raul Kastroya qarşı rəsmi ittihamlar irəli sürə bilər. ABŞ-ın nüfuzlu "Fox News" telekanalının yaydığı eksklüziv məlumata görə, bu şok qərarın bu gün Mayamidə keçiriləcək xüsusi mətbuat konfransında ictimaiyyətə açıqlanacağı gözlənilir.

Sözügedən ittihamlar birbaşa olaraq 1996-cı ildə Florida boğazı üzərində baş vermiş dəhşətli insidentlə bağlıdır. Həmin vaxt Kuba hərbi hava qüvvələri tərəfindən ABŞ-a məxsus mülki təyyarələrin vurulması nəticəsində ciddi beynəlxalq böhran yaranmışdı. Rəsmi Vaşinqton rəsmi mətbuat konfransını məhz bu qanlı hadisəyə həsr edərək, Raul Kastronun cinayət məsuliyyətinə cəlb edilməsi üçün düyməyə basmağı planlaşdırır. Bu addımın iki ölkə arasında onsuz da gərgin olan münasibətləri tamamilə alovlandıracağı proqnozlaşdırılır.