📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Açıq qapı”dan bir əsrlik tarixə baxış

2026-07-06 10:06:02

“Açıq qapı”dan bir əsrlik tarixə baxış

Azərbaycan Dəmiryol Muzeyində dəmir yollarının elektrikləşdirilməsinin və tarixi Sabunçu Vağzalı binasının 100 illiyinə həsr olunan "Açıq qapı" günü keçirilib.

Hurriyyet.info xəbər verir ki, tədbir çərçivəsində ziyarətçilər Azərbaycanın dəmir yolu tarixini əks etdirən eksponatlar, eləcə də dəmir yollarının elektrikləşdirilməsi və tarixi Sabunçu Vağzalı binasının 100 illiyinə həsr olunmuş fotosərgi ilə tanış olublar.

Bildirilib ki, "Açıq qapı" günündə uşaqdan böyüyədək yüzlərlə qonaq muzeyi ziyarət edərək ölkənin dəmir yolu irsi barədə ətraflı məlumat əldə edib.

Tədbirin sonunda ziyarətçilərə bu əlamətdar günü xatırladacaq xatirə hədiyyələri təqdim olunub.