📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADP İstiqlal Abidəsini ziyarət etdi - FOTO

2026-05-28 15:51:48

ADP İstiqlal Abidəsini ziyarət etdi - FOTO

28 May - Müstəqillik Günü ilə əlaqədar Azərbaycan Demokratik Partiyasının (ADP) üzvləri İstiqlal Abidəsini ziyarət ediblər.

Hurriyyet.info xəbər verir ki, ADP sədri Sərdar Cəlaloğlunun rəhbərliyi ilə baş tutan ziyarət zamanı çox sayda partiya üzvü iştirak edib.

Abidə önünə gül dəstələri qoyan demokratlar Azərbaycan dövlətinin müstəqilliyinin əldə olunmasında xidmətləri olan bütün dühalarımızın ruhuna dualar oxuyublar. ADP sədri Sərdar Cəlaloğlu İstiqlal Abidəsi önündə müstəqillik tarixi ilə bağlı qısa məlumat verib, dövlətimizin qurulmasında xidmətləri olan ziyalılarımızın keçdiyi şərəfli yoldan bəhs edib.

Sonda bir qrup partiya üzvü abidənin önündə xatirə şəkli çəkdirib.

Hurriyyet.info