📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ADY zəlzələdən sonra yoxlamalara başladı

2023-07-04 09:15:00

ADY zəlzələdən sonra yoxlamalara başladı

Azərbaycan Dəmir Yolları QSC baş vermiş zəlzələ ilə əlaqədar yol infrastrukturuna kompleks baxış keçirir.

Bu barədə QSC-dən məlumat verilib.

Bildirilib ki, 4 iyul saat 00:01 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra ADY-nin Fövqəladə Hallar Komissiyası gecə boyu bütün infrastruktur obyektlərinə texniki baxış keçirib:

“Süni mühəndis qurğularının (körpülər, keçidlər, tunellər və s.) vəziyyəti yoxlanılıb. Hazırda proses davam etdirilir.

Yol infrastrukturunda aparılan texniki diaqnostika ilə əlaqədar olaraq qatarların hərəkət sürəti qismən aşağı salınıb, bununla əlaqədar olaraq qatarların qrafikində qismən kənaraçıxma halları müşahidə oluna bilər”.