📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Aeroflot" Gəncəyə uçuşlara başlayır

2023-03-04 22:21:00

Martın 5-dən “Aeroflot” aviaşirkəti Şeremetyevo hava limanından Gəncəyə uçuşlara başlayacaq.

Bu barədə Şeremetyevo hava limanının rəsmi "Teleqram" kanalı məlumat yayıb.

Qeyd olunub ki, Moskvadan Gəncəyə uçuşlar həftədə bir dəfə, bazar günləri həyata keçiriləcək.