Afiəddin Məmmədov həbs edildi
2023-08-02 21:47:00
“Demokratiya 1918” Hərəkatının İdarə Heyəti üzvü və Hərəkatın İşçi Masasının sədri Afiəddin Məmmədov həbs edilib.
Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, o, İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi) maddəsi ilə təqsirli bilinib.
Xətai Rayon Məhkəməsinin qərarı ilə A.Məmmədova 30 sutka inzibati həbs cəzası verilib. \\Yeniavaz.com