📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağ Evdə fövqəladə durum – jurnalistlər təxliyə edildi, snayperlər mövqe qurdu

2026-05-24 10:30:24

Ağ Evdə fövqəladə durum – jurnalistlər təxliyə edildi, snayperlər mövqe qurdu

ABŞ paytaxtında Ağ Ev yaxınlığında baş verən silahlı insident təhlükəsizlik qüvvələrini hərəkətə keçirib.

Hurriyyet.info xəbər verir ki, Amerika mediasının məlumatına görə, Ağ Ev ətrafında 20-30 atəş səsi eşidilib.

Bildirilib ki, hadisədən sonra ABŞ Gizli Xidmətinin əməkdaşları jurnalistləri təcili şəkildə brifinq otağına təxliyə edib.

Məlumata əsasən, Ağ Ev ətrafında təhlükəsizlik tədbirləri maksimum səviyyəyə çatdırılıb. Əraziyə əlavə qüvvələr cəlb olunub, binanın ətrafında isə snayperlər mövqe tutub.