📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda 5-ci faza üzrə tikinti işləri başlayır

2023-10-13 23:23:15

Ağdamda 5-ci faza üzrə tikinti işləri başlayır

Ağdam şəhərində tikinti işləri davam etdirilir. 

Hurriyyet.Az Valyuta.az-a istinadla xəbər verir ki, artıq 5-ci faza üzrə məcburi köçkünlər üçün orta mərtəbəli və çoxfunksiyalı yaşayış kompleksinin tikintisi layihəsinin icrası planlaşdırılır. 

Artıq Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdaretmə Xidməti  bununla bağlı tender elan edib. 

Tender noyabrın 16-dək davam edəcək.

Ağdam şəhəri birinci Qarabağ savaşında ermənilər tərəfindən işğal olunub. 44 günlük müharibədə Azərbaycan Ordusu şəhəri azad edib. Ağdam işğaldan azad edildikdən sonra məlum olub ki, ermənilər şəhəri yerlə-yeksan edib.