Ağdamda ata azyaşlı övladları ilə su anbarında batdı - Yenilənib
Ağdam rayonunda faciəli hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.
İlkin məlumata əsasən, Ağdam rayonunun Cinli kənd sakini Şərif Cəmşəddin oğlu İsgəndərov iki övladı ilə birlikdə su anbarında çimərkən boğulub.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
***
Anbarda batan 1985-ci il təvəllüdlü Şərif Şəmşəddin oğlu İsgəndərov, onun övladları – 2008-ci il təvəllüdlü Tunar Şərif oğlu İsgəndərov və 2009-cu il təvəllüdlü Fidan Şərif qızı İsgəndərlinin axtarışına FHN-nin Aran Dalğıc-axtarış qrupu cəlb edilib.
Hazırda axtarış tədbirləri davam etdirilir.