📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlandı

2023-06-19 12:28:00

Ağdamda azad edilən ərazidə kütləvi məzarlıq aşkarlandı

Ağdamda kütləvi məzarlıq aşkarlanıb.

Hurriyyet.az xəbər verir ki, məzarlıq Ağdamın işğaldan azad olunan Sarıcalı kəndi ərazisində, Ağdam-Hindarx yolunun kənarında tapılıb.

Skeletlərin aşkarlandığı əraziyə baxış zamanı yaxınlıqda hərbi yük avtomobilinin qalıqları da müəyyən edilib.

Ehtimala görə, Birinci Qarabağ müharibəsi zamanı ermənilər 4 nəfəri həmin avtomobildə qətlə yetirib. Meyitləri isə quyuya ataraq basdırıblar. (APA)