Ağdaşda 46 yaşlı qadın qızdırmadan öldü
2026-07-19 11:18:04
Ağdaş rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
Hadisə rayonun Hapıtlı kəndində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Azadə Əliyeva müalicə üçün yerləşdirildiyi Ağdaş Rayon Mərkəzi Xəstəxanasında vəfat edib. İlkin ehtimala görə, qadının yüksək hərarət səbəbindən dünyasını dəyişdiyi bildirilir. Dominos pizza
Mərhumun meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin yerli şöbəsinə təhvil verilib.
Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma başlanılıb.\\qafqazinfo.az