📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ağdaşda su kanalında kişi meyiti tapılıb

2026-06-07 23:00:41

Ağdaşda su kanalında kişi meyiti tapılıb

Ağdaş rayonunda bədbəxt hadisə baş verib.

Hurriyyet.info APA-ya istinadən xəbər verir ki, rayonun Dəhnəxəlil kənd sakini, 1963-cü il təvəllüdlü Gündüz Şirəli oğlu Mustafayev kənd ərazisində yerləşən su kanalında ölü vəziyyətdə aşkarlanıb.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.