Ağstafada 78 yaşlı kişi evdə yıxılaraq ölüb
2026-07-21 12:30:17
Ağstafa rayonunda 78 yaşlı kişi evində yıxılaraq ölüb.
Hurriyyet.info apa-ya istinadən xəbər verir ki, hadisə ötən gün rayonun Həsənsu kəndində baş verib.
Məlumata görə, 1948-ci il təvəllüdlü Miryusif Hacıyev yaşadığı evdə yıxılaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.