"Aİ ilə Aİİ arasında seçimi erməni xalqı müəyyən edəcək" - Paşinyan
2026-05-27 19:34:30
Avropa İttifaqı (Aİ) ilə Avrasiya İqtisadi İttifaqı (Aİİ) arasında seçimi erməni xalqı müəyyən edəcək.
Ermənistan mediasının xəbərinə görə, bu barədə Baş nazir Nikol Paşinyan bildirib.
Paşinyan qeyd edib ki, bunu o özü etməyəcək.
“Mən deyirəm ki, Ermənistan xalqı Aİİ və ya Aİ-də olmaq seçimini etməlidir, bunu mən həll etməyəcəyəm”, - Baş nazir vurğulayıb.