📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ

2026-07-22 10:43:09

Ailələrinə qaytarılan uşaqların sayı açıqlandı - RƏSMİ

Bu ilin ilk 6 ayında 59 uşaq müəssisədən öz bioloji ailəsinə qaytarılıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, onlardan 28-i qız, 31-i oğlandır.

"Aparılan sosial iş, ailələrin qiymətləndirilməsi və dəstək tədbirləri nəticəsində 162 uşağın ailələri tərəfindən sosial xidmət müəssisələrinə yerləşdirilməsinin qarşısı alınıb. Həmin uşaqlardan 90-ı qız, 72-si oğlandır", - məlumatda vurğulanıb.