📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Akrobatika gimnastlarımız Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar

2026-06-07 20:14:51

Akrobatika gimnastlarımız Bakıda keçirilən Dünya Kubokunun qalibi olublar

Azərbaycanın qadınlardan ibarət akrobatika gimnastikası üzrə qrup komandası Bakıda keçirilən Dünya Kubokunun qalibi olub.

Hurriyyet.info "Report"a istinadən xəbər verir ki, Anahita Bashiri, Nəzrin Zeyniyeva və Zəhra Rəşidovadan ibarət "üçlük" bütün rəqiblərini üstələyərək qızıl medal qazanıb.

Adıçəkilənlər həmçinin "AGF Trophy" kubokunun qalibi olublar.

Qeyd edək ki, iyunun 5-7-də keçirilən Dünya Kuboku Milli Gimnastika Arenasında təşkil olunub.