📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alkoqolizmin qarşısını alan peyvənd tapıldı

2023-08-23 23:26:44

Alkoqolizmin qarşısını alan peyvənd tapıldı

ABŞ-da alkoqolizmi müalicə etmək üsulu tapılıb.

ABŞ alimləri alkoqolizmə qarşı peyvənd yaradıblar. Ohayo Dövlət Universitetinin Tibb Mərkəzi və Wexner Tibb Məktəbinin əməkdaşlarının fikrincə, belə bir peyvənd alkoqol asılılığı ilə mübarizədə mühüm rol oynayacaq.

Alkoqolizmdən əziyyət çəkən insanların orqanizmində sevinc hormonu olan dopaminin ciddi çatışmazlığı olur. Bu çatışmazlığı kompensasiya etmək üçün içən şəxs spirtli içkinin dozasını daim artırmağa məcbur olur. Meymunlar üzərində aparılan araşdırma göstərib ki, onların orqanizminə bir dəfə gen dərmanı yeridilməsi beyində dopamin səviyyəsinin uzun müddət bərpa olunmasına gətirib çıxarıb.

Alimlər düşünürlər ki, bədəndə sevinc hormonunun səviyyəsinin bərpası spirt istehlakını azaltmalı və daha sonra alkoqol qəbulunun bərpasının qarşısını almalıdır.\\Lent.az