📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Alman əfsanə FİFA-nı ələ saldı: Ballakın sarı vərəqəsini də ləğv edin

2026-07-08 18:52:26

Alman əfsanə FİFA-nı ələ saldı: Ballakın sarı vərəqəsini də ləğv edin

Almaniya millisinin keçmiş qapıçısı Oliver Kan ABŞ millisinin futbolçusu ilə bağlı yaşanan qalmaqala münasibət bildirib.

Daha əvvəl ABŞ millisinin oyunçusu Folarin Baloqunun aldığı qırmızı vərəqə FİFA prezidenti Canni İnfantino ilə ABŞ prezidenti Donald Tramp arasında baş tutan söhbətdən sonra ləğv edilmişdi .

Hurriyyet.info  xəbər verir ki, Kan sosial mediada yazıb:

“Futbol tarixini yenidən yazdığımız üçün bir təklifim var. FİFA-dan Mixael Ballakın 2002-ci il Dünya Kubokunun yarımfinalında aldığı sarı vərəqəni ləğv etməsini xahiş edirəm. Bu xəbərdarlıq onun finalda oynamasına mane oldu. Lazım gələrsə, finalı yenidən oynaya bilərik”.

Ballakın yoxluğunda almanlar 2002-ci il Dünya Kubokunun finalında Braziliyaya 0:2 hesabı ilə uduzmuş, Ronaldo isə iki qol vurmuşdu.