📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Almaniyada demoqrafik şok – gənclərin yarısına yaxını miqrantdır

2026-05-25 21:00:01

Almaniyada demoqrafik şok – gənclərin yarısına yaxını miqrantdır

Almaniyada miqrasiya mənşəli gənclərin sayı sürətlə artır.

Hurriyyet.info xəbər verir ki, Almaniyanın Federal Statistika İdarəsinin (Destatis) məlumatına görə, ölkə üzrə gənclərin təxminən 42–43 faizi miqrasiya mənşəlidir.

Məlumata əsasən, böyük şəhərlərin bir çoxunda uşaqlar və yeniyetmələrin yarıdan çoxu türk, suriyalı, əfqan, ukraynalı və digər miqrant ailələrindən gəlir.

Bəzi iri şəhərlərin müəyyən rayonlarında isə bu göstəricinin artıq 70 faizi keçdiyi bildirilir.