Almaniyanın yeni səfiri Bakıdadır
2026-07-21 13:00:52
Almaniyanın Azərbaycana təyin edilən yeni səfiri Dirk Lölken Bakıya gəlib.
Hurriyyet.info xəbər verir ki, bu barədə məlumatı Almaniyanın ölkəmizdəki səfirliyi sosial şəbəkə hesablarında paylaşılıb.
“Qarşıdan gələn illərdə Almaniya-Azərbaycan münasibətlərini daha da gücləndirməyə, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə həvəslə gözləyirəm”, - deyə səfir bildirib.