📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Altı nəfərin qətlində şübhəli bilinən şəxs həbsxanada intihar etdi

2026-07-21 22:06:39

Altı nəfərin qətlində şübhəli bilinən şəxs həbsxanada intihar etdi

Almaniyanın Ştade şəhərində altı nəfərin qətlində şübhəli bilinən 45 yaşlı Fatih G. kamerasında ölü tapılıb.

Musavat.com xəbər verir ki, "Bild" qəzetinin məlumatına görə, təkadamlıq kamerada səhər yoxlaması zamanı həmin şəxs cansız halda aşkarlanıb. İlkin ehtimala görə, o, boğulma nəticəsində ölüb və başqalarının bu hadisədə iştirakını göstərən əlamətlər yoxdur.

Müstəntiqlər məhbusun ölüm səbəbləri və şəraitinin araşdırılmasına başlayıblar.