AQTA: Bu ilin altı ayında 316 müəssisənin fəaliyyəti ciddi nöqsanlara görə məhdudlaşdırılıb - ƏLAVƏ OLUNUB
Bu ilin altı ayında 316 müəssisənin fəaliyyəti ciddi nöqsanlara görə məhdudlaşdırılıb.
Hurriyyet.info xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədr müavini Əli Nəbiyev qurumun 2026-cı ilin ilk altı ayı üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, cari ilin altı ayı ərzində 2254 müəssisədə 2586 yoxlama keçirilib və 1963 müəssisədə uyğunsuzluq müəyyən edilib:
"Nəticədə ciddi nöqsan aşkarlanan 316 müəssisənin fəaliyyəti məhdudlaşdırılıb (nöqsanları aradan qaldıran 95-nin fəaliyyəti bərpa olunub). Uyğunsuzluq aşkarlanan 1600 tona yaxın, 450 min litr və 130 min ədəd məhsul məhv edilib, 430 ton məhsul utilizasiya olunub. Ticarət şəbəkələrindən isə 1 tondan artıq uyğunsuz məhsul yığışdırılıb. Reydlər zamanı mənşəyi məlum olmayan və istehlaka yararsız 30.7 ton ət (o cümlədən 432 kq at əti məhv edilib).
Ə.Nəbiyev həmçinin bildirib ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarında altı ay ərzində 545 252 müayinə aparılıb, uyğunsuzluq göstəricisi cəmi 0,28 % təşkil edib:
"Eyni zamanda laboratoriyalarda eyni vaxtda 600-dən çox pestisid və 60-dan çox farmakoloji maddə qalıqları təyin edilir. Mənşə təyini üzrə 10-dan artıq heyvan növü (bu ildən ilk dəfə olaraq dəvə əti də daxil olmaqla) sınaqdan keçirilir. Quduzluq əleyhinə "Rabisafe" vaksin tərkibli cəlbedici yemin ölkəmizdə istehsalı məqsədilə Quba rayonunda xüsusi istehsal sahəsi yaradılıb".