Arazda batanlardan birinin meyiti tapıldı
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə İmişli rayonunun Şahverdili kəndi ərazisindən keçən Araz çayında biri uşaq olmaqla 2 nəfərin batması barədə məlumat daxil olub.
Nazirlikdən Hurriyyet.az-a bildirilib ki, məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupunun dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.
***
Araz çayında batan iki nəfərdən birinin meyiti tapılıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) verilən məlumata görə, iyulun 11-də günorta saatlarında Araz çayının İmişli rayonu, Şahverdili kəndi ərazisindən keçən hissəsində batan iki nəfərdən birinin meyiti FHN dalğıc-xilasediciləri tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Digər şəxsin axtarışları davam etdirilir.
Əlavə məlumat veriləcək.