📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Arif Hacılının oğlu ev dustaqlığına buraxıldı

2023-12-19 13:02:06

Arif Hacılının oğlu ev dustaqlığına buraxıldı

Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılı azadlığa çıxıb.

Hurriyyet.az xəbər verir ki, bu barədə Arif Hacılı özü məlumat verib.

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

olke.az