📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

"Arkoz Qazax Sement Zavodu" - MƏHKƏMƏYƏ VERİLDİ - SƏBƏB

2023-07-12 22:10:00

"Arkoz Qazax Sement Zavodu"-na iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Valyuta tənzimi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.
Hurriyyet.Az xəbər verir ki, protokol İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə irəli sürülüb.
İqtisadi Fəaliyyət Qaydalari Əleyhinə Olan İnzibati Xətalarla bağlı hazırlanmış protokol Qazax Rayon Məhkəməsinə təqdim edilib.
Qeyd edək ki, "Arkoz Qazax Sement Zavodu" MMC-nin qanuni təmsilçisi türkiyəli iş adamı Murat Çağlayandır.
Qarşı tərəfi dinləməyə hazırıq.

Mənbə: AMİA.AZ