Arxdan meyit tapıldı
2026-07-05 19:28:32
Zərdab sakininin su arxından meyiti tapılıb.
Hurriyyet.info APA-ya istinadən bildirir ki, hadisə rayonun Təzəkənd kəndində baş verib.
Kənd sakini, 1964-cü il təvəllüdlü Təhlə Qoca oğlu Mustafayevin meyiti su arxında aşkarlanıb. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.