📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Atəşfəşanlıq zamanı məşhur körpü alovlandı

2026-07-05 18:10:59

Atəşfəşanlıq zamanı məşhur körpü alovlandı

Nyu-York şəhərində Müstəqillik Günü münasibətilə keçirilən ənənəvi atəşfəşanlıq şousu zamanı “Brooklyn” körpüsündə yanğın baş verib.

Hadisə yerli vaxtla saat 22:00 radələrində qeydə alınıb.

Alov və tüstü körpüdə quraşdırılmış pirotexniki platformaların yerləşdiyi hissədə müşahidə olunub.

Yanğınsöndürənlər alovu qısa müddətdə söndürərək vəziyyəti nəzarətə götürüblər.

İlkin məlumata görə, yanğın nəticəsində xəsarət alan olmayıb. Körpü tədbir başlamazdan əvvəl nəqliyyatın hərəkəti üçün bağlandığından əlavə təhlükə yaranmayıb./KONKRET.az