📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

ATƏT PA-da Azərbaycan və ABŞ heyətləri arasında görüş keçirilib

2026-07-07 20:02:52

ATƏT PA-da Azərbaycan və ABŞ heyətləri arasında görüş keçirilib

Azərbaycan Milli Məclisinin ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Qaya Məmmədov Assambleyanın Haaqada keçirilən sessiyası çərçivəsində ABŞ nümayəndə heyətinin rəhbəri, konqresmen Co Vilson ilə görüş keçirib.

"Report"a verilən məlumata əsasən, Q. Məmmədov C. Vilsonu ATƏT Parlament Assambleyasının Siyasi Məsələlər və Təhlükəsizlik Komitəsinin sədri seçilməsi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.

Tərəflər iki ölkə rəhbərliyi arasında qarşılıqlı etimad və hörmətə əsaslanan şəxsi münasibətləri və yüksək səviyyəli dialoqu, bölgədə sülh və əməkdaşlığın bərqərar olunmasına ABŞ-ın töhfələrini və ikitərəfli münasibətlərin möhkəmlənməsini məmnuniyyətlə qeyd ediblər.

Görüş zamanı həmçinin ATƏT Parlament Assambleyasının 2027-ci ildə ABŞ-da keçirilməsi gözlənilən illik sessiyası və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.