📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Autizmli uşağı parodiya etməsi tənqid olundu - "Buna görə utanmalısan"

2026-07-08 11:45:26

Autizmli uşağı parodiya etməsi tənqid olundu -

Aktyor İlkin Misgərlinin "Bizim eltilər" serialındakı səhnəsi tənqid olunub.

Aktyor bir müddət əvvəl sosial şəbəkələrdə yayılan autizmli uşağın görüntülərini serialda parodiya edib. Həmin səhnə sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşılaraq etirazla qarşılanıb və aktyor qınanılıb.

Müğənni Elnur Hüseynov da məsələyə münasibət bildirib. O, İlkin Misgərlinin görüntülərini paylaşaraq "Bu cür tərbiyəsiz davranışınıza görə sizə həqiqətən utanmaq yaraşır" sözlərini yazıb. (Axşam.az)