📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropa ölkələri üçüncü dünya ölkəsinə çevrilir – Tramp

2026-07-05 15:13:35

Avropa ölkələri üçüncü dünya ölkəsinə çevrilir – Tramp

Avropa ölkələri üçüncü dünya ölkələrinə necə çevrilməyi öyrənməyə başlayırlar.

Musavat.com xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social hesabında yazıb. Onun fikrincə, Avropa ölkələri bu təcrübəni özlərinin immiqrasiya siyasətlərinə görə yaşayırlar: "Avropa öyrənir ki, üçüncü dünya ölkələrindən cinayətkarları qəbul etsəniz, üçüncü dünya ölkəsinə çevrilirsiniz. Bu, tez bir zamanda, bir göz qırpımında baş verir. Mən tam vaxtında seçildim".

Tramp əvvəllər dəfələrlə Vaşinqtonun Avropa müttəfiqlərini həddindən artıq yumşaq immiqrasiya siyasətlərinə görə tənqid edib. O iddia edib ki, ABŞ-da qanunsuz immiqrasiyanın qarşısını almaq üçün gördüyü tədbirlər onların üçüncü dünya ölkəsinə çevrilməsinin qarşısını alıb.