📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avropada dəhşətli ZƏLZƏLƏ OLDU

2026-06-02 10:17:29

Avropada dəhşətli ZƏLZƏLƏ OLDU

İtaliya sahillərində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.

Hurriyyet.info xəbər verir ki, bu barədə TASS agentliyi Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Seysmoloqların verdiyi məlumata görə, zəlzələnin episentri təxminən 219 min nəfər əhalisi olan Messina şəhərindən 144 kilometr şimalda yerləşib.

Mütəxəssislər yeraltı təkanların ocağının yerin 25 kilometr dərinliyində qeydə alındığını bildiriblər.

Hadisə nəticəsində zərərçəkənlər və dağıntılar barədə məlumat daxil olmayıb.