Avtobusun altında qalıb öldü
2026-07-21 11:11:09
Pirallahıda avtobus piyadanı vuraraq öldürüb.
1965-ci il təvəllüdlü Şabanov İlqar Bağır oğlu idarə etdiyi "İsuzu" markalı avtobus ilə Pirallahı qəsəbəsi, "Abşeronneft" NQÇİ-nin ərazisində geri hərəkət edərkən 1969-cu il təvəllüdlü, Pirallahı rayonu sakini Məmmədov Teyyub Ənvər oğlunu vuraraq öldürüb.
Faktla bağlı cinayət işi başlanılıb. (Report)