📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Avtomobil Yolları Agentliyinin institutuna yeni rəhbər təyin edilib

2026-06-06 18:26:38

Avtomobil Yolları Agentliyinin institutuna yeni rəhbər təyin edilib

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus "Azəryolelmitədqiqatlayihə İnstitutu" MMC-yə yeni rəhbər təyin edilib.

"Azpolitika" agentliyə istinadən xəbər verir ki, bu, Dilqəm Qəniyevdir.

O, indiyə qədər İnstitutun baş mühəndisi olub və yeni vəzifəsində ötən ay agentliyin Layihələndirmə və texniki ekspertiza departamentinə təyinat almış Azər Nemətlini əvəz edib.

"Azəryolelmitədqiqatlayihə İnstitutu" 2003-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 240 min manatdır.