📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi - DOSYE

2026-07-02 20:26:11

Aydan Fərəcova yüksək vəzifəyə təyin edildi - DOSYE

Milli Məclisdə yeni kadr təyinatı həyata keçirilib.

Aydan Tofiq qızı Fərəcova Milli Məclis sədrinin köməkçisi vəzifəsinə təyin edilib.

Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsinə malik olan Aydan Fərəcova 31 iyul 1990-cı ildə anadan olub.

O, mühəndis iqtisadiyyatı və idarəetmə, menecment, eləcə də dövlət qulluğunun təşkili və idarə edilməsi sahələri üzrə ixtisaslaşmış mütəxəssisdir./nocomment.az/