📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı

2023-12-20 15:40:31

Azad edilmiş ərazilərdə səs verəcək seçicilərin sayı açıqlandı

Azad edilmiş ərazilərə növbədənkənar Prezident seçkilərinə qədər köçürülmə olsa, orada səs verə biləcəklər.

Hurriyyet.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qanunvericiliyə əsasən, seçici 6 ay ərzində yaşadığı yer üzrə qeydiyyata alınır: "Bu gün azad olunmuş ərazilərdə 23 mindən çox seçici var. Yeni seçicilər gedərsə, yeni köç olarsa, 6 ay tamamlanmasa da biz onları qeydiyyatdan çıxma vəsiqəsi ilə təmin edəcəyik ki, orada səs verə biləcək”.