📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZAL: Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur

2026-07-05 11:44:45

AZAL: Naxçıvan reyslərində gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur

"Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 5 iyul 2026-cı il tarixinə planlaşdırılan bir sıra reyslərində Naxçıvanda hökm sürən qeyri-sabit hava şəraiti səbəbindən gecikmələr və ya təxirə salınmalar nəzərdə tutulur.

Bu barədə Hurriyyet.info - ya AZAL-ın Mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar.