📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

AZAL ovçu axtarır

2023-04-02 00:03:00

AZAL ovçu axtarır

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Hava Limanı İstismarı Baş İdarəsi uçuşların təhlükəsizliyinin ornitoloji təminatı üzrə fəhlə axtarır.

Hurriyyet.Az bildirir ki, bu barədə AZAL-ın rəsmi saytında məlumat yerləşdirilib.

Fəhlənin vəzifə öhdəliklərinə aerodrom ərazisində piyada və avtomobillə ornitoloji tədbirlər aparılması, quşların toplanma və  yuvalanma yerini müəyyənləşdirərək ləğv etmək daxildir. İş üçün tələb olunan sənədlər siyahısında ovçuluq bileti də var.  AZAL-dan verilən məlumata görə, bu vakansiyaya zərurət hava limanı ərazisində potensial təhlükəsizlik tədbirlərinin aparılması zərurətindən yaranıb və bütün aeroportlarda bu vəzifə mövcuddur \\APA