📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Azərbaycan manatının dövretmə sürəti azalıb

2026-05-29 19:54:33

Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu ilin mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,96 bənd təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,24 bənd, ötən ilin mayın 1-nə nisbətən isə 0,37 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 21 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.