Azərbaycan nefti ucuzlaşıb - SON QİYMƏT
2026-05-28 15:35:27
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan nefti ucuzlaşıb.
Hurriyyet.info xəbər verir ki, Azərbaycan neftinin 1 barelinin qiyməti 4.18 ABŞ dolları və ya 3.92 % azalaraq 102.3 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycan neftinin əvvəlki qiyməti 106.48 ABŞ dolları olub.